Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

25 nəfərin yandığı dispanserin direktoru işdən çıxarıldı - Nazir QƏRAR VERDİ

  • 2018.04.20 10:51
  • 12565 Baxış
25 nəfərin yandığı dispanserin direktoru işdən çıxarıldı - Nazir  QƏRAR VERDİ
Respublika Narkoloji Mərkəzin direktoru Telman Süleyman oğlu Məmmədhəsənov tutduğu vəzifəsindən azad edilib.


Onun vəzifədən azad edilməsi ilə bağlı əmr səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən aprelin 17-də verilib.


Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumatı təsdiqləyib.


O bildirib ki, Respublika Narkoloji Mərkəzinin direktor vəzifəsinin icrası direktorun təşkilatı metodik işlər üzrə müavini Aytən Rəşid qızı Səmədovaya həvalə edilib.


Xatırladaq ki, martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş vermişdi. Yanğın nəticəsində 25 nəfər dünyasını dəyişmişdi. (trend)