Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

25 aprel - Beynəlxalq İnsan DNT-si günüdür

  • 2022.04.25 15:15
  • 2680 Baxış
25 aprel - Beynəlxalq İnsan DNT-si günüdür

Hər il aprelin 25-də dünyanın müxtəlif ölkələrində qeyri-adi bayram - Beynəlxalq DNT Günü qeyd edilir. 1953-cü il aprelin 25-də “Nature” jurnalında alimlər Ceyms Uotson və Frensis Krik Moris Uilkinsom və Franklin Rozalind DNT molekulunun strukturunun tədqiqat nəticələrini dərc edib. Düz 50 il sonra - 2003-cü il aprelin 25-də insan genomunun şifrini açması ilə əlaqədar layihə başa çatmağa yaxın olduğunu elan edilib.



Medicina.az xəbər verir ki, insan genlərinin strukturunun təyin edilməsi səhiyyənin inkişafı üçün əhəmiyyətli addımdır. DNT Gününə həsr edilmiş tədbirləri ilə insanın genomunun tədqiqatını aparan ABŞ-ın Milli İnstitut məşğul olur: Dünyanın müxtəlif ölkələrində bır sıra təşkilatlar hər il aprelın 25-də Beynəlxalq DNT Gününü qeyd edirlər, bəzən gün dəyişsə də, apreldə onun qeyd olunması ənənə şəklini alıb.



DNT-nin tərkibində genetik informasiya saxlanılır və məhz onun testi qohumluq əlaqələrinin təyin edilməsi üçün ən geniş yayılmış üsuldur. Əbəs yerə deyil ki, DNT-nin açılması elmdə inqilab hesab edilir. /aztibb.az/