Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

24 yaşlı ana doğuş zamanı öldü - LƏNKƏRANDA

  • 2020.02.04 09:35
  • 3544 Baxış
 24 yaşlı ana doğuş zamanı öldü -   LƏNKƏRANDA
Lənkəranda qadının doğuş zamanı ölməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Medicina.az Report-a istinadən xəbər verir ki, hadisə fevralın 3-də Lənkəran Regional Perinatal Mərkəzində qeydə alınıb.

Belə ki, Lənkəran rayon Girdəni kənd sakini, 1996-cı il təvəllüdlü Gülnar Babayeva doğuş üçün keçirilən qeysəriyyə kəsiyi əməliyyat zamanı qız uşağı dünyaya gətirib. Bir neçə saat sonra ana xəstəxanada ölüb.

Faktla bağlı Lənkəran rayon prokurorluğiunda Cinayət Məcəlləsinin 314-2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.