Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

24 mart Dünya Vərəmlə mübarizə günü - Əsas əlamətləri

  • 2022.03.24 16:21
  • 2944 Baxış
24 mart  Dünya Vərəmlə mübarizə günü -  Əsas əlamətləri
Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir.

İlk dəfə 1882-ci ildə alman mikrobioloq Robert Kox vərəm çöplərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb.

1982-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöplərinin aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü təsis ediblər.



Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. İnsan orqanizminə tənəffüs yolları, qida, dəri vasitəsi və sair yollarla daxil olur. Onu törədən mikroblar uzun müddət yaşaya və 6-8 aya qədər müxtəlif əşyaların üzərində qala bilir. Ona görə də xəstəliyə qab-qacaq, pal-paltar, dəsmal və digər məişət təması nəticəsində yoluxmaq mümkündür. Xəstəlik, bir qayda olaraq, dərhal başlamır və bir neçə aydan bir ilə qədər müddətdə özünü büruzə verə bilər. Yoluxma zamanı orqanizmin müdafiə qabiliyyəti, xüsusilə immun sistemi əhəmiyyətli rol oynayır.



Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün vərəm xəstəliyindən dünyada 4 min 500 nəfər həyatını itirir, 30 min nəfərdə isə xəstəliyə yoluxma baş verir.

Medicina.az Azərbaycanda da geniş yayılan vərəmin əlamətlərini təqdim edir.

1.Ən əsas əlamət Öskürəkdir.

Ağciyərlərdə hər hansı infeksiya mütləqöskürəklə biruzə verir.İlk başda öskürək uzun, üzücü, çox olmur, demək olar, narahat etmir. Əgər qrip deyilsizsə, bronxit yoxdursa, allergiya öskürəyi deyilsə və öskürək 3 həftədən artıq davam edib, tərləmə, təngnəfəslik verirsə, o zaman həkimə gedib vərəmi istisna edin.

2.Döş qəfəsində ağırlıq, ağrı

Bakteriyalar bütün tənəffüs sistemini zədələyir, tənəffüs çətinləşir, dərin olmur, burun axır, tutulur, ağciyərlərdə xırıltı, xışıltı, küy eşidilir, bəzən qanla qarışıq bəlğəm çıxır. Döş qəfəsi həm öndən, həm arxadan ağrı o deməkdir ki, vərəm plevriti yaranıb.

3.Subfebril hərarət

Qolaltı ölçmədə termometrdə göstərici 37,5göstərirsə və bu uzun müddət davam edirsə, başağrısı, halsızlıq da buna qoşulubsa, o zaman həkimə getməlisiz

4.Arıqlama, çəki itkisi, iştahsızlıq

Bakteriyalarla mübarizə üçün səfərbər olan immunitet həzmə sərf olunacaq enerjiyə qənaət etmək üçün avtomatik iştah düyməsini söndürür. Əgər görsəniz ki, ən dadlı, sevdiyiniz yeməyə belə əl uzada bilmirsiz, gün ərzində acımırsız, ağız dadınız itib, çəkiniz getdikcə azalır, o zaman ciyərlərinizi yoxladın

5.Titrətmə və tərləmə

Əgər insana gah isti, gah soyuqdursa, bəzən istilis gəlirsə, gecələr yuxuda tərləyirsə, bu vərəmin açıq əlamətidir.

6.Halsızlıq, huşsuzluq, depressiya

Orqanizm bakteriya ilə mübarizə apardığı üçün insanın digər resurslarına vaxt və enerji ayırmır, sanki onu təcrid edir. Səbəbsiz depressiya, səhərlər yerindən qalxmamaq, gücsüzlük, yorğunluq, huşsuzluq bunlar hamısı digər xəstəliklərdə görüldüyü kimi, vərəmin də olduğuna işarə edə bilər. Bir şərtlə ki, yuxarıda sadalanan əlamətlərdən azı 2-si paralel olsun.

Vərəmin müayinə və müalicəsi ilə pulmonoloqlar məşğul olur.