Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

23 yaşından yumor hissini itirməyə başlayırıq - Araşdırma

  • 2020.10.15 11:40
  • 2032 Baxış
 23 yaşından yumor hissini itirməyə başlayırıq -  Araşdırma
Kaliforniyadakı Stanford Universitetində aparılan araşdırma yumor anlayışımızın nə zaman yox olduğunu ortaya çıxarıb.

Medicina.az xəbər verir ki, araşdırmanın nəticələri "Humour, Seriously" kitabında yayımlanıb.

Araşdırmada universitetin 2 psixoloqu tərəfindən aparılıb. Belə ki, 166 müxtəlif ölkədən 1,4 milyon insanın gündə neçə dəfə güldüyünü qeydə alan anketə yer verildi.
Nəticədə insanların gülmə sayının azaldığı yaş 23 olaraq qeyd edildi. Aradırmaçılar Jennifer Aaker və Naomi Bagdonas bunun iş dünyasına girməklə əlaqəli olduğunu düşünürlər.

“Independent Türkçe”də bu xəbər, “Böyüyürük, işə qatılırıq və qəflətən "ciddi və önəmli kimsələr" oluruq. Gülüşü qalstuk və şalvarlarla dəyişdiririk” deyə ifadə edildi.