2010-cu ildən başlayaraq hər il iyulun 28-i Ümumdünya Hepatit Günü kimi qeyd olunur.
"
"Medicina" xəbər verir ki, hepatitin A, B, C, D, F və başqa növləri var. Qanla yoluxan hepatit B və C növlərinin müalicəsi daha çətindir
Hepatiti sağaltmaq mümkündürmü?
A hepatiti virus əleyhinə xüsusi müalicə tələb etmədən sağalma ilə yekunlaşır. Amma, bu hepatitlərin müalicəsi də həkimin nəzarəti altında həyata keçməlidir.
Ağır formalı virus hepatitinə nadir hallarda rast gəlinsə də bu xəstəlik orqanizm üçün təhlükə sayılır.
Xroniki B və C hepatitini müalicə etmək mümkündür. Bu zaman xəstəliyi müalicə edərək virusdan birdəfəlik xilas olmaq mümkün olmur. C hepatiti müalicəyə daha tez tabe olur. Virus əleyhinə kombinə olunmuş müalicə xəstəliyin öhtəsindən 80% gələ bilir. Bu müalicəni isə uzun müddət davam etdirmək lazımdır. Yeni dərman preparatlarının kəşf edilməsi yeni müalicə üsullarının meydana çıxmasına və xəstəliyin əlamətlərinin azalmasına səbəb olur.
İstənilən hallarda B və C hepatitlərinə tutulan xəstə daima həkimlə əlaqədə olmalıdır. Bu xəstəlik diqqət və qayğı tələb edir. Belə ki, xəstəliyin müalicəsində ən yaxşı nəticəni əldə edən zaman xəstəlik yenidən inkişaf edə bilir.
Hepatiti kim müalicə edə bilər?
Bütün virus hepatitlər qara ciyərin iltihabı xəstəliyi hesab edilir. Bu xəstəliyi isə infeksiya xəstəlikləri üzrə mütəxəssislər (infeksionistlər, qastroentereloqlar, hepatoloqlar) müalicə etməlidirlər.
Kəskin A və B hepatitini infeksionislərin müalicə etməsində fayda var. Belə ki, bu zaman infeksionistlər hepatitlə yanaşı digər infeksion xəstəliklərin olub olmamasını müəyyən edə bilir. Bu da xəstəliyin düzgün müalicəsinə səbəb olur.
Xroniki B və C hepatitini hepatoloq müalicə etməlidir. Bu zaman qara ciyərin vəziyyəti, xəstəliyə davamlılığı, qara ciyərdə geridönməz proseslərin baş verməsi müalicə zamanı ön plana çəkilir.
Hepatoloqlar qara ciyər və onun xəstəlikləri barədə daha çox məlumata sahib olduqları üçün onların bu xəstəlikləri müalicə eləməsi məqsədəuyğun sayılır. Onlar hepatitli xəstələrlə çox işlədiklərinə görə onların təcrübələri çox olur. Onlar hepatitli xəstələrlə çox işlədiklərinə görə xəstəliyin gedişi və müalicəsi barədə daha çox məlumata sahib olurlar. Hepatoloqlar qara ciyər xəstəliklərinin hansı səviyyəsində nə etmək lazım olduğunu daha yaxşı bilirlər. Hepatoloqlar patologiya zamanı dərmanların orqanizmə təhlükəsi barədə də məlumata sahib olurlar.
Müasir hepatoloqlar xroniki hepatitlərin müalicəsi istiqamətində yeni müalicə üsullarını öyrənilməsi istiqamətində fəaliyyətlərini artırırlar. Hepatoloqlar qara ciyərin hansı vəziyyətində hansı müalicə metodlarından istifadə etməyi yaxşı bilirlər. Onların düzgün müalicə üsulları qara ciyərin zədələnməsinin qarşısını alır. Müalicənin hepatoloqlar tərəfindən aparılması çox vacibdir. Bunun səbəbi xəstələrin virus xəstəliyindən birdəfəlik sağala bilməməsi və xəstənin uzun müddət hepatoloqla əlaqədə olmasının vacibliyidir.
Xroniki hepatit xəstəliyinin müalicəsi böyük məsuliyyət tələb edir. Bu uzunmüddətli müalicə tələb edən bir prosesdir. Həkim-hepatoloqun savadı və təcrübəsi xəstəliyin sağalmasında mühüm rol oynayır.
Müasir üsullarla hepatitin müalicəsi
Kəskin hepatitlər virus əleyhinə müalicə tələb etmir.
Xroniki B və C hepatitinin müalicəsində isə kombinəolunmuş virus əleyhinə müalicə tətbiq edilir. Bu zaman nukleozidlərdən(virusun genetik materialından hazırlanmış, nukleozidin əvəzedicisi)və interferonddan(insan hüceyrələrinin virusla mübarizə qüvvəsini artırır)istifadə edilir. Bu iki preparatın qarışımı virusların çoxalmasının və qara ciyər toxumasının zədələnməsinin qarşısını alır. Bu preparatlar müalicənin effektıiyini nəzarət altında saxlamaqla sxemlə təyin edilir.
Hepatitin müalicəsi zamanı hansı preparatlardan istifadə edilir?
Xroniki virus hepatitin müalicəsində istifadə etmək üçün istifadə edilən az sayda dərman preparatı var. Müalicə üçün nukleozidin 4 analoqundan istifadə edilir. MDB məkanında bunların 2-dən və interferonun müxtəlif növlərindən istifadə edilir. Kliniki araşdırmalar sayəsindıə isə yeni dərmsn preparatlarının alınması üzrə elmi araşdırmalar aparılır.
Müasir dövrdə müxtəlif formokoloji istehsalçılar tərəfindən müxtəlif adda dərman preparatlarıı ixtita edilir. Bir çox xarici ölkələrdə hepatititn sağalması üçün dərman preparatları hazırlanır. Bu dərmanların qiymətləri isə çox bahadır. Uzun müddətli müalicə kursu üçün isə bu baha dərmanlardan istifadə etmək müalicənin baha başa gəlməsinə səbəb olur.
Son illər hepatitin uzun müddətli müalicəsi zamanı qeyri ənənəvi müalicə metodlarından, bitki mənşəli dərman preparatlarınddan da istifadə edilir. Bu bitki müalicəsini isə tanınmış təbiblərdən və tanınmış müəssisələrdə işləyənlərdən almaq lazımdır. Mütəxəssislər hepatit xəstələrinə təsadüfi adamlardan eşitdikləri bitki müalicəsini tətbiq etməyi məsləhət bilmir.
Reallıqda isə bitki müalicəsi ilə hepatitləri müalicə etmək mümkün deyil. Hepatit xəstələri həkimin təyin etdiyi dərman müalicəsi ilə müalicə olunmalıdır.
Müalicəni nə ilə başlamaq lazımdır?
İlk növbədə həkimə müraciət etmək lazımdır.
Həkimlər birlikdə infeksiya əlamətlərinin hansı dıərəcədə irəlilədiyini təyin etmək lazımdır.
Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq müalicə təyin edilməli və vaxt itirmədən müalicəyə başlamaq lazımdır.
Müalicə müddətində vaxtaşırı həkimin qəbulundan olmaq lazımdır.
Xroniki hepatitin müalicəsi aylarla davam edə bilər, bu müddətdə həkimin dediklərinə əməl etmək lazımdır.
Vaxtından başlanılan müalicə effektli olur. Bu zaman xəstənin qara ciyərini və orqanizminin fəsadlarsız sağaltmaq mümkün olur.
Aygün Musayeva