Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

22 yaşlı qız cavanlaşdırıcı kokteyl içib öldü – Dəhşətli səbəb

  • 2023.03.28 13:50
  • 5228 Baxış
22 yaşlı qız cavanlaşdırıcı kokteyl içib öldü  – Dəhşətli səbəb

Moskva Tibb Universitetinin tələbəsi 22 yaşlı Anna Kolleqa zəhərlənmə səbəbindən hospitəlizə edilmişdi. Həftələr sonra onun həyatını xilas etmək mümkün olmayıb. Onun sevgilisi Dmitri Julin də həmin simptomlarla xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olub. Vəziyyəti stabildir.

“Medicina” xəbər verir ki, martın 13 –də hər ikisi 41 dərəcə qızdırma ilə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı septiki şok diaqnozu qoyuldu.

Rusiya Federasiyasının Hüquq Mühafizə orqanlarının verdiyi məlumata görə, həmin şəxslər immun sistemi artırmaq üçün stimullaşdırıcı dərman qəbul ediblər.

Araşdırmalar nəticəsində məlum oldu ki, cütlük həkimlə məsləhətləşmədən immun sisitemin möhkəmlənməsi üçün kurs müalicə keçiblər.

Lakin dərman pəncərə kənarında qalıb və korlanıb. Bu da orqanizmə zəhərlənmə verib. Məhsul plasenta və zülalla hazırlandığı üçün tərkibində laxtalanma əmələ gəlir. Bu da yüksək doza ilə zəhərlənməyə gətirib çıxardır.

Qeyd edək ki, plasenta tərkibli iynələr, dərmanlar, kokteyllər bir çox ölkələrdə reklam olunur, onun immuniteti gücləndirib, insanı cavan, sağllam etməsi barədə məlumat verilir. Lakin həkimlər belə eksperimentləri qadağan edir.


Günay Quluzadə