Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

22 yaşlı qızın soyuqdəymədən nəfəsi kəsildi – Kuryoz olay

  • 2023.07.10 13:00
  • 996 Baxış
22 yaşlı qızın soyuqdəymədən nəfəsi kəsildi  – Kuryoz olay
Rusiyada 22 yaşlı gənc qızda keçirdiyi soyuqdəymə nəfəsinin kəsilməsinə səbəb olub.



“Medicina” xəbər verir ki, Moskva yaxınlığındakı Podolskda 22 yaşlı qadın soyuqdəymə nəticəsində yaranan boğulmadan həkimlər tərəfindən xilas edilib. Regional Depzdrav mətbuat xidmətinin məlumatına görə, qız xəstəxanaya boğaz ağrısı və nəfəs darlığı ilə daxil olub.


Müayinə zamanı həkimlər xəstədə epiqlottit - yuxarı tənəffüs yollarının kəskin iltihabı və soyuqdəymə nəticəsində qırtlaq lümeninin kəskin daralmasını aşkar ediblər.

Cərrahlar xəstənin həyatını xilas etmək üçün tənəffüs yollarını açıblar. Kəsikdən süni nəfəs borusu daxil edilib.
Bundan sonra həkimlər epiqlottisin absesini açıblar.

Uğurlu əməliyyatdan bir həftə sonra xəstə evə buraxılıb.

Günay Quluzadə