İranın futzal millisinin 22 yaşlı üzvü İlham Şeyxi koronavirusdan dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, onun yaşadığı Qum şəhəri çinli şiə təqaüdçülərin oxuduğu seminariyaların mərkəzi sayılır.
Digər idman növləri üzrə oyunlar martın 2-dən 10 gün müddətinə təxirə salınıb. Bununla belə, futbol və futzal oyunlarının keçirilməsi İranda təxirə salınmayıb.
İran Peşəkar Futbol Liqası yalnız bu matçların azarkeşsiz keçirilməsinə qərar verib. Lakin İran klubları qəti şəkildə bu qərarın əleyhinədir.