Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

22 oktyabr - Beynəlxalq kəkələmə günü

  • 2022.10.22 14:32
  • 2719 Baxış
22 oktyabr - Beynəlxalq kəkələmə günü

Xəstəliklərin beynəlxalq təsnifatına əsasən, kəkələmə səslərin, hecaların və sözlərin uzadılması, həmçinin danışıqda tez-tez fasilə verilməsi ilə xarakterizə olunan nitq qüsurudur. 1998-ci ildən başlayaraq hər il oktyabrın 22-də dünyada Beynəlxalq Kəkələyənlər Günü qeyd edilir.


"Medicina" xəbər verir ki, dünya əhalisinin təxminən bir faizi kəkələmədən əziyyət çəkir. Araşdırmalara görə, bu problemə daha çox oğlanlar arasında rast gəlinir. Səbəbi tam bilinməsə də, nitq qüsuru hesab olunur və 2-6 yaşlarda daha aktiv hiss edilir.



Kəkələmənin yaranma səbəbləri müxtəlif olsa da, onu əsasən, hamilə vaxtı qadının travma alması ilə əlaqələndirirlər. Qorxu, şiddət və güclü həyəcan problemin yaranma səbəblərindən biri kimi göstərilir.

Kəkələməni aradan qaldırmaq üçün müxtəlif terapiya və nəfəs məşqlərindən istifadə olunur. Valideynlər isə ilk növbədə uşaqların sərbəst ünsiyyətə girməsi və özünü ifadə etməsi üçün normal mühit yaratmalıdırlar.


Kəkələmənin əlaməti nədir?


Söz birləşməsi və cümlələrdə sözlərin tez-tez təkrarlanması, uzadılması və ya həmçinin, sözlərdə səslərin uzadılmasını ehtiva edir. Bu əlamətlər ümumi əhali içərisində daha çox kəkələyən şəxslərdə müşahidə olunur. Kəkələyən şəxslər danışanda çox gərgin olurlar. Belə şəxslər danışarkən nəfəsləri çatmadığından danışıqları dayana və ya bağlana bilər. Danışarkən sözləri deməyə cəhd edirlər, lakin yalnız bir neçə saniyədən sonra demək istədikləri sözü tamamlaya bilirlər.


Bir çox hallarda kəkələmə problemi kəkələyən şəxslərin sosial fəaliyyətlərinə təsir göstərir. Bəzən ünsiyyət çətinlikləri belə şəxslərin yalnız xüsusi fəaliyyətlərində baş verir. Məsələn, telefonda danışarkən və ya böyük qruplar qarşısında çıxış edərkən kəkələyirlər. Bundan başqa, əksər kəkələyən şəxslər evdə, məktəbdə və ya işdə bir sıra fəaliyyətlərdə çətinliklər yaşayırlar. Ona görə də hətta bəzi sosial fəaliyyətlərini məhdudlaşdırırlar. Çünki ətrafın onlara qarşı mənfi reaksiyasından narahatlıq keçirirlər.


Kəkələmə diaqnozu necə qoyulur?


3 yaşına kimi uşaqların valideynləri müraciət edəndə birinci məsləhət ilkin qiymətləndirmə - MÜŞAHİDƏ olur. Yəni uşaq nə qədər müddətdir kəkələyir? Əgər cavab 3 aydan az bir müddətdirsə, uşağın təlimə gəlməsi məsləhət görülmür. Bu halın yenə də davam ediləcəyini yoxlamaq üçün valideynin müşahidəsinə buraxılır. Çünki uşağın bu yaş dövrlərində nitqi senzitiv xarakter daşıyır. Ətrafından və ya baxdığı cizgi filmdən qaynaqlanan keçici hal ola bilir. Qiymətləndirmə zamanı;


- Ailədə kəkələyən şəxsin olub-olmaması


- Digər bir nitq problemi faktorunun olub-olmaması


- Ailədə xüsusi narahatlıq və qorxunun yaşayıb-yaşanılmaması və ya bunu yaradacaq situasiyanın olub-olmaması. Əgər varsa, uşaqda nitqin inkişafına nail olmaq üçün belə situasiyanın korreksiyası tövsiyə edilir.