Braziliyada koronavirusa yoluxan şəxs 218 gündür sağala bilməyib.
Medicina.az xəbər verir ki, 2020-ci ilin sentyabrından koronaya yoluxan xəstənin 2021-ci ilin aprelində testi neqativ çıxıb.
Mütəxəssislərin araşdırmasına görə, virus sadəcə orqanizmdə olmur, eyni zamanda çoxalır. Yəni bu müddətdə başqalarına keçmə riski mövcuddur. Beləki, xəstədən yanvar-aprel aylarında qan, idrar və anal bölgədən alınan analizlərdə virusun qalıcı olduğu məlum olub.
Digər tərəfdən, xəstədə aparılan seroloji testlər xəstənin Covid-19-a qarşı heç bir antitel yaratmadığını göstərib.