Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

21 iyundan bütün qadağalar qaldırılır: Ölüm sayı 0-a yaxınlaşır

  • 2021.03.31 15:29
  • 1156 Baxış
21 iyundan bütün qadağalar qaldırılır:  Ölüm sayı 0-a yaxınlaşır
“COVID-19”un Britaniya ştammının dünyaya yayıldığı, bununla da bir çox ölkədə üçüncü, ən qorxunc yoluxma dalğasına səbəb olan İngiltərədə ölkə üzrə ölüm statistikası artıq 2 rəqəmliyə enib. Son 24 saat ərzində Londonda cəmi 2 nəfər (!) koronavirusdan vəfat edib.

Medicina.az CNN Türk-ə istinadən xəbər verir ki, İngiltərənin paytaxtı London dünənədək pandemiyanın mərkəzi idi. Bu gün isə Londonda ölüm sayı artıq 0-a yaxınlaşır. Britaniya rəsmiləri əhəmiyyətli müsbət irəliləyişə nail olmalarının səbəbini aylarla davam edən qadağalar və kütləvi peyvəndləmə ilə izah edir və bildirirlər ki, çox ağır mərhələni artıq arxada qoyublar. Yanvar ayında ölkədə ölüm sayı 800-ə çatırdısa, hazırda 23-ə enib. Dünənsə B.Brotaniya baş naziri Boris Conson aprelin 12-dən etibarən mərhələli yumşalmalara başlayacaqlarını bildirib. Aprelin 12-dən mağazalar açılacaq. May ayında beynəlxalq uçuşlara icazə veriləcək. Baş nazir 21 iyundan etibarən ölkə üzrə bütün qadağaların qaldırılacağını elan edib. “Britaniya ştammı”nı dünyaya yayan İngiltərə artıq özünü “qalib” sayır.