Futuroloq alimlər 2050-ci il üçün insanlıq və dünyada baş verəcək kəşflər, dəyişikliklər barədə elmi əsaslı proqnozlar verib.
Medicina.az 30 il sonra bizi nələrin gözləyəcəyini təqdim edir.
3 D çap olunmuş geyim, ayaqqabı
Yapon alimi Mitio Kakonun fikrincə, insanlar 2050-ci ildə 3 D printerdən istifadə etməklə, özləri üçün fərdi geyim, ayaqqabı və s. yaradacaq.
Məsələn, ayaqqabı üçün pəncənin uzunluğunu ölçüb, internetə yükləyəcək. Printer bir neçə rahat ayaqqabı çap edəcək, sifariş qapıya təslim olunacaq.
Bununla təbiət və ekologiya da çirklənmədən xilas ediləcək
2. Orqan yetişdirilməsi
İnsanın öz toxuma və hüceyrələrindən yeni orqan – hətta damar, qığırdaq, oynaq yetişdirilməsinə az qalıb.
Süni qaraciyər, ürək, böyrək də hazırlanacaq.
3. Xərçəngin müalicəsi tapılacaq
Onkoloji xəstəliklərin diaqnostikası, əməliyyatı, müalicəsində inqilablar olacaq. Xərçəngsiz həyata da az qalıb deyə düşünür alimlər.
Məsələn, erkən diaqnostika üçün insana xüsusi mini ötürücü kart yerləşdiriləcək və ya bionik döymələr ediləcək. Şiş hüceyrələri yaranan kimi bu vasitələr məlumat verəcək.
Alimlər 2050-ci ildə xərçəng xəstəliyinin qocalacağını, yəni 60 yaşından aşağı insanların ümumiyyətlə, bu xəstəlik siyahısında olmayacağını proqnozlaşdırır
4. Ekoloji təmiz şəhərlər və nəqliyyat
2050-ci ildə Yer kürəsinin əhalisi 10 milyarda çatacaq. Əhalinin yarıdan çoxu iri şəhərlərdə yaşayacaq. İndiki paytaxtlardan da nəhəng meqa şəhərlər salınacaq.
Yük daşımalar, iri maşınlar, qatarlar yerin altı ilə hərəkət edəcək. Nəqliyyatın işi komputer və robotlarla tənzimlənəcək.
5. Səmanı dronlar bürüyəcək
Xidmət sahəsi robotlaşacaq. Kuryer, daşınma, hətta təcili yardım dronları olacaq. Səmada pilotsuz cihazlar, dronlar uçacaq.
6. Smart materiallar
Ağıllı materiallar geyimdən tutmuş tikintiyə kimi geniş yayılacaq. Rəngini öz-özünə dəyişən materiallar, formasını dəyişən mebellər, əşyalar.
Binalar yüngül, ekoloji, plastik və metal qarışımından ibarət bloklardan tikiləcək.
7. Virtual təhsil
Bu günkü pandemiya bunun mümkün olduğunu sübut etdi. Oflayn dərslər, mühazirələr, seminarlar adi hala çevriləcək. Ümumiyyətlə, gələcəkdə insanların hansısa təhsil üçün bir binaya, bir yerə yığışıb vaxtını yollara sərf etməsinin qarşısı alınacaq.
Sumqayıt
Nəcəfli
Menasiz????