BMT yanında Uşaq Fondu UNİCEF 5 yaşına kimi uşaqlarla bağlı qorxunc statistika açıqlayıb.
Medicina.az xəbər verir ki, fond 2017-2030-cu illərdə 5 yaşa kimi uşaqlar arasında ölüm rəqəminin 60 milyon olacağını bildirib.
Hesabata görə, 5 yaşına çatmadan və doğulandan sonra ilk 28 gündə ölən uşaqların sayında artım var. Yenidoğulmuşların ölüm sayında artım mövcud qlobal dəyişikliklərlə də əlaqələndirilib. Qeyd olunub ki, müharibə və münaqişə ocaqları uşaq ölümünə ciddi təsir edir.