Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

2025-ci ilə kimi bu virusla mübarizədə olacağıq – Akademik Porxanov

  • 2020.12.30 17:17
  • 2472 Baxış
2025-ci ilə kimi bu virusla mübarizədə olacağıq  – Akademik Porxanov

Əfsanəvi həkim, alim, akademik Vladimir Porxanov Kubanda onkoloji klinikanın rəhbəridir. O, özü də koronavirusa yoluxub və müalicə alıb.


Akademik koronavirusla nə vaxta kimi mübarizədə olacağıq sualına belə cavab verib:

Çox... Ən azı 2025-ci ilə kimi. Bunu mən indi demirəm. Elə virus ilk yayılmağa başlayan aylarda bilirdim. Bunu viruslardan az-çox anlayışı olan istənilən elm adamı bilir.

Medicina.az xəbər verir ki, alim koronavirusun vaksinlər effektiv işləyənə və ölkələrdə kollektiv immunitet formalaşana kimi bizimlə olacağını bildirib.

“Bu xəstəlik barədə dünyada heç bir alim, heç bir həkim dəqiq informasiyaya və çıxış yoluna malik deyil.

Mən özüm də qoruna bilmədimsə, deməli, virus çox asanlıqla yayılır. Mən nə evdə, nə də işdə yoluxdum. Maşınıma ailəsində xəstə olan biri əyləşdi və cəmi 15 dəqiqəlik yolda virus salondaca bizə keçdi”.