Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

2024-də adambaşına düşəcək icbari tibbi sığorta haqqı

  • 2023.10.30 15:09
  • 1920 Baxış
2024-də adambaşına düşəcək  icbari tibbi sığorta haqqı

2024-cü ildə əhalinin adambaşına düşən icbari tibbi sığorta haqqı 122,9 manat məbləğində götürüləcək.

"Medicina" xəbər verir ki, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Rəydə bildirilib ki, təqdim edilmiş məlumatlara əsasən, əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanması üzrə xərclərin çoxalması əhalinin sayının növbəti ilə ehtimal olunan artımı və adambaşına düşən icbari tibbi sığorta haqqının cari ilin sonuna gözlənilən inflyasiyaya uyğun olaraq, 122,9 manat götürülməsi ilə bağlıdır.

Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsindən icbari tibbi sığorta fonduna 1376,0 mln manat ayrılması nəzərdə tutulur ki, bu da cari ilin yenidən baxılmış büdcəsindən 112,2 mln manat (8,9%) çoxdur.