Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

2023-cü ilin qışına qədər olan dövr ağır keçəcək - ÜST rəsmisi

  • 2022.07.21 16:48
  • 3128 Baxış
2023-cü ilin qışına qədər olan dövr ağır keçəcək  - ÜST rəsmisi


Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Dr. Hans Kluqe bildirib ki, COVİD-19-a yoluxmaların artması nəticəsində payızdan etibarən virusla mübarizə çətinləşə bilər.



Medicina.az xəbər verir ki. keçən həftə 3 milyona yaxın yeni yoluxma sayının qeydə alındığını deyən ÜST rəsmisi əlavə edib ki, xəstəliklərin artması bu şəkildə davam edərsə, payızdan başlayaraq 2023-cü ilin qışına qədər olan dövr ağır keçəcək.

“Əvvəlki yay və payızla fərqimiz olmayacaq. Omikronun BA.2 və BA.5 alt variantlarının təsiri altında COVİD-19 daha sürətlə yayılır” , - Hans Lkuqe bildirib.