Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

2023-cü ildə Azərbaycanda ən çox bu əməliyyat icra olunub

  • 2023.12.14 17:10
  • 1198 Baxış
2023-cü ildə Azərbaycanda ən çox bu əməliyyat   icra olunub

2023-cü il üzrə göstərici noyabr ayınadək olan statistikadır. Belə ki, bu il 358 772 əməliyyat və prosedur icra olunub. Tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.


"Medicina" xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyəti barədə açıqlama verərkən deyib.


"Əməliyyatların 74%-i planlı əməliyyatların payına düşüb.

Ən çox icra olunan əməliyyatlar: ginekoloji, göz və ürək-damar sistemində aparılanlar olub.

Əməliyyatların ən çox icra edildiyi tibb müəssisələri sırasında ilk yerdə Kliniki Tibbi Mərkəz dayanır".