İmmunoloq 2023-cü ildə dünyada qriplə bağlı problemlərin olacağını bildirir.
"Medicina" xəbər verir ki, postkovid dövründə insanların immunitetini kovid zəiflətdiyi üçün 2023-cü il ağır qrip dövrü olacaq.
İmmunoloq Vladimir Bolibok bildirib ki, artıq belə bir təcrübəni cənun yarımkürəsi ölkələri yaşayır.
"Son 2 ildə qripi azaldan pandemiya tədbirləri və maska oldu.
Virus heç yerə itməyib, əksinə güclənib.
Gələn ildən epidemik tədbirlər tam qalxacağı təqdirdə, qrip var gücü ilə hücum edəcək. Qrip mövsümü aprel-oktyabr aralığını əhatə edir.
Avstraliya səhiyyə qurumu ölkədə qripin son 5 ildə ən ağır dövrünü qeyd edib.
Bu onun göstəricisidir ki, eyni vəziyyət şimal yarımkürəsində, yəni Rusiya və Avropada da olacaq.
Hər il qripdən dünyada 600 min insan ölür.
Əgər qrip epidemiyası olsa bu rəqəm 2-3 dəfə arta bilər".
Aygün Musayeva