Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“2022-ci ilin qışına normal həyata qayıtmağı vəd edirəm” – Koronavirus peyvəndinin yaradıcısı

  • 2020.11.16 15:26
  • 2964 Baxış
“2022-ci ilin qışına normal həyata qayıtmağı vəd edirəm”  – Koronavirus peyvəndinin yaradıcısı

Dünyada ən effektiv koronavirus peyvəndinin müəlifi, türk professor Uğur Şahin 2022-ci ilin qışında nəhayət ki, normal həyata qayıtmağa söz verib.

Bu Pfizer peyvəndinin tətbiqindən sonra mümkün olacaq.

Medicina.az xəbər verir ki, alman şirkəti BioNTechdə çalışan alim bildirib ki, gələn ilin qışına koronavirus planetdə demək olar yoxa çıxacaq.

Vaksin çıxan kimi yoluxma kəskin, qəfil düşəcək. Bu isə gələn ilin yayında başlayacaq.

“Bu qış isə ağır olacaq. Ola bilsin ki, yanvardan bizim vaksin insanlarda tətbiqə başlanılsın. Amma bu yoluxma dinamikasına elə də ciddi təsir etməyəcək. Ona görə bu qış pandemiyanın ən ağır mərhələsi ola bilər”.