Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

2022-ci ildə maska taxacağıq?

  • 2021.12.10 15:45
  • 1955 Baxış
2022-ci ildə maska taxacağıq?


“Bütün ştamlara qarşı qabaqlayıcı tədbirlər hər zaman eynidir”.

Medicina.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov “COVID-19 - Omikron ştamı” mövzusunda çıxışında deyib.

O bildirib ki, sosial məsafə, əl gigiyenası, immun sistemin normal səviyyədə saxlanması və maska taxmağa əməl etmək lazımdır: “Ən effektli tədbir isə vaksinasiyadır. Xəstəlik keçirənlərdə 6 ay sonra immun cavab azalmağa başlayır. Bütün ştamlara qarşı müəyyən müddət sonra yoluxma ehtimalı artır.

Buna görə buster doza vurulur ki, immun cavab güclənsin. Bundan başqa rasional qidalanma lazımdır. Maye qəbulunun və yuxu rejiminin qaydaya salınması vacib məqamlardan biridir. Peyvənd olunan şəxslər az yoluxur və ya xəstəliyi ayaqüstə keçirə bilirlər. Reanimasiya düşmə, xəstəliyi ağır keçirmə hallarına az rast gəlinir”.

Həkim qeyd edib ki, “Omicron”un canlı peyvəndi ilə bağlı araşdırmaların başa çatmasını gözləmək lazımdır:

“”Omicron”un digər ştamlardan daha yüngül xəstəlik yaratdığına dair hələ ki, nəticələr yoxdur. Canlı peyvənd o deməkdir ki, yəni, bu xəstəliyi yüngül keçirməklə artıq virusa qarşı immun cavab yaranmış olur. Hələ ki, bununla bağlı araşdırmalar yekunlaşmayıb”.