2022-ci ildə dünyada koronavirusdan ölənlərin sayı 1 milyon nəfəri keçib.
"Medicina" xəbər verir ki, bunu ÜST baş direktoru Tedros Adanom Gebreyesus brifinq zamanı deyib.
O, bu ili tarixdə "faciəvi səhifə" adlandırıb.
Qeyd edək ki, pandemiyanın əvvəlindən bu günədək koronavirusdan ölənlərin sayı 6,4 milyon nəfəri keçib, ümumi yoluxanların sayı isə 600 milyon nəfərə yaxınlaşır.