Səhhətində yaranan problemlərə görə Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.
Bu barədə xəstəxanadan məlumat verilib.
"Yalçın Rzazadə ambulator müayinəyə götürülüb. O, müayinə olunduqdan sonra evə buraxılıb. Vəziyyəti normaldır", - Mərkəzi Dənizçilər Xəstəxanasından bildirilib.
Y.Rzazadənin oğlu Yusif Rzazadə isə "Report"a bildirib ki, atası hazırda evdədir: "Atamın vəziyyəti yaxşı deyil. Öd kisəsində problemlər yaranıb və qanına zəhərlənmə yayılıb. Bununla yanaşı mədəsində də bir neçə problem aşkarlanıb. Hazırda analizləri vermişik və cavabını gözləyirik. Analizlərin cavabından sonra atamın səhhəti ilə bağlı yekun qərar veriləcək. Əməliyyat olunacağını ehtimal edirəm".
Qeyd edək ki, 73 yaşlı Y.Rzazadə səhhətində yaranan problemlərlə əlaqədar ötən gün Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilmişdi. (report)
**
Xalq artisti Yalçın Rzazadə xəstəxanaya yerləşdirilib.
Medicina.az Trend-ə istinadən xəbər verir ki, ürəyində və öd kisəsində problemlər yaranan ifaçının qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya çatdırılıb.
Mərkəzi Dənizçilər Xəstəxanasında müalicə olunan Xalq artistinin vəziyyəti ağırdır.
Son üç gündə üç xəstəxana dəyişən Y.Rzazadə hazırda həkimlərin ciddi nəzarətindədir.