Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhiyyə naziri əmr imzaladı

  • 2019.04.03 09:39
  • 5916 Baxış
Səhiyyə naziri əmr imzaladı
 


Səhiyyə naziri Oqtay Şirəliyev "Gənclərin səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb edilməsi barədə” əmr imzalayıb.


 

Medicina.az xəbər verir ki, əmrə əsasən, nazirlikdə könüllü fəaliyyəti təşkil olunacaq. 


Əmrdə bildirilib ki, könüllü fəaliyyətə cəlb olunan gənclərlə sistemli işin təşkili məqsədilə könüllülərlə iş üzrə koordinatorlar təyin ediləcək. Səhiyyə Nazirliyinin Aparatında, Bakı Şəhər Baş Səhiyyə İdarəsində və Azərbaycan Tibb Universitetində könüllü fəaliyyət üçün müəyyən edilən say həddi barədə təkliflər hazırlanacaq.


Eyni zamanda, könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilən şəxslərlə müqavilə bağlanılacaq.


Əmrin icrasına nəzarət nazir müavini Rahim Əliyevə həvalə edilib.