Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2019-cu ildə sağlamlıq üçün ən təhlükəli sayılan xəstəliklər və onlara səbəb olan amillərin siyahısını təqdim edib.
Medicina.az 2019-cu ildə sağlamlığa təsir edən xəstəliklər və amillərin siyahısını təqdim edir:
Havanın çirklənməsi
Dünyadakı hər on nəfərdən doqquzu hər gün çirkli hava ilə nəfəs alır. Hava çirkliliyi ÜST tərəfindən 2019-cu ildə sağlamlıq üçün ən böyük ekoloji risk hesab olunur.
Peyvənddən imtina etmək
İnsanların peyvən olmaq istəməməsi peyvənd vasitəsilə qarşısı alınan xəstəliklərə qarşı mübarizəni təhdid edir. Xəstəliklərin qarşısını almağın ən səmərəli yollarından biri olan peyvəndin 2-3 milyon insanın ölümünün qarşısını aldığı deyilir.
Qlobal qrip epidemiyası
Alimlərin fikrinə görə, gələcək zamanda dünyanın başqa bir qrip epidemiyası ilə qarşılaşacağı bildirilir. Amma bunun dəqiq nə zaman olacağı hələ bilinmir. Lakinm onun sağlıq üçün çox riskli olacağı proqnopzlaşdırılr.
HİV
Son illərdə HİV-ə qarşı mübarizədə xeyli irəliləyişlər olsa da, hər il təxminən bir milyon insan bu xəstəlikdən ölməyə davam edir. Xəstəlik ilk aşkarlandıqdan bu yana 70 milyondan çox insan yoluxmuş və təqribən 35 milyon insan həyatını itirmişdir.
Danq (yoluxucu xəstəlik)
Qripə bənzər simptomlara səbəb olan danq xəstəliyi qızdırmasında ölüm nisbəti 20% -ə qədərdir. Alimlər gələcəkdə bu xəstəliyin dünya üçün böyük təhdid olacağını bildirib.
Ebola
Ebola virusu ilk dəfə 38 il əvvəl Konqo Demokratik Respublikasında ortaya çıxdı. 2013-cü ildə uzun bir fasilədən sonra yenidən aktivləşən virus indi dünyanın qorxulu yuxusuna çevrilib.
Yoluxucu olmayan xəstəliklər
Diabet, xərçəng və ürək xəstəliyi kimi yoluxucu olmayan xəstəliklər dünyada bütün ölümlərin 71 faizini təşkil edir.
Sağlam yaşayış şəraitindən məhrum olmaq
Siyahıda dünya əhalisinin 22 fazinin təşkil edən və 1.6 milyarddan çox insanın - (quraqlıq, aclıq, münaqişə və yerdəyişmə) və sağlıq baxımından pis vəziyyətdə yaşayır. BU da onların xəstəliklərə yoluxması nisbətini yüksəldir.