Bir çox analar körpələrinə süd verən zaman yenidən hamilə qalırlar.
Bəzi deyimlərə görə, belə zamanlarda uşağı süddən kəsmək lazımdır. Müəyyən qism südün keyfiyyətinin dəyişdiyini və zərərli olduğunu söyləyirlər. Mütəxəssislər isə bunun tamamilə yanlış olduğunu bildiriblər.
Sadəcə gələn süd azala bilər. Qatılığı dəyişə biləcəyi üçün bu, körpə tərəfindən sevilməyə bilər.
Uşaq əmizdirən zaman hamilə qalan bir ananın südünün dadında və qatılığında dəyişikliklər meydana gəlir. Ginekoloqlar hamilə vəziyyətində körpəsinə süd vermək istəyən analara rahat olmalarını bildirərək qidalanmalarına diqqət etmələrini tövsiyə edib. Çünki bu zamanlarda həm körpə, həm də bətndəki döl ana vasitəsilə qidalandığı üçün qadın 3 nəfərin yeməyini yeməlidir. Əks halda qansızlıq, halsızlıq yaranar ki bu da istər ana, istərsə də körpələr üçün çətin vəziyyət yaradar.
Qeyd edək ki, halsızlıq hamiləlik əlamətləri sırasındadır. Ancaq əmizdirən qadınlarda da yorğunluq, halsızlıq, gücsüzlük müşahidə oluna bilir. (İmmunitet.az)