Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xalq artisti xəstəxanaya yerləşdirildi

  • 2018.06.28 13:06
  • 6873 Baxış
Xalq artisti xəstəxanaya yerləşdirildi
Azərbaycanın Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin səhhəti pisləşib. Bəstəkar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.


Medicina.az publika.az-a istinadən xəbər verir ki, klinikadan klinikadan bildirilib ki, Xəyyam Mirzəzadə xətəxanaya bir sıra şikayətlərlə müraciət edib: "Hazırda vəziyyəti stabildir. Şikayətləri ilə əlaqədar olaraq müayinələri aparılır. Müayinələrin nəticələri və həkimlərin konsiliumundan sonra dəqiq diaqnoz qoyulacaq. Lakin onun hansı şikayətlə daxil olması barədə özünün razılığı olmadan məlumat verə bilmərik”.


Məsələ ilə əlaqədar Xalq artistinin özü ilə əlaqə saxladıq. Tanınmış bəstəkar hazırda özünü yaxşı hiss etdiyini, lakin səhhəti haqqında heç bir açıqlama vermək istəmədiyini deyib.