Azərbaycanda xərçəng diaqnozu qoyulan şəxsin Türkiyədə müayinə zamanı sağlam olduğu müəyyən olub.
Medicina.az-ın məlumatına görə, Mahirə Allahverdiyeva adlı pasiyent bu ilin yanvar ayında Milli Onkologiya Mərkəzində biopsiya analizi verib və ona səs tellərinin xərçəngi diaqnozu qoyulub. Xərçəng olduğunu bilən kimi böyük şok keçirən qadın Türkiyənin İzmir şəhərinə gedərək, bir daha müayinə olunub. Orda isə biopsiyanın cavabı fərqli çıxıb. Qəzəbindən özünə yer tapmayan pasiyent ona xərçəng diaqnozu qoyan həkimi məhkəməyə vermək qərarına gəlib:
"Türkiyənin İzmir şəhərində biopsiya təhlillərinə görə məlum oldu ki, bizim həkimlərimzin bəziləri həkim adına layiq deyillər. Burdan Milli Onkologiya Mərkəzinin həkimi Bahadur Abbasova səslənirəm, get sünnət həkimi ol. İndi siz deyin mənə, o diaqnozu qoyan və mənə maddi-mənəvi zərər vuran həkimi məhkəməyə vermək haqqım varmı?”.