Yer kürəsində təhlükəli infeksiya və bakteriyaların yayıldığı dövrdə vaksinasiya hələ də yetərli faizdə deyil və 2010-cu ildə də milyonlarla uşağın həyatını təhlükədə qoyacaq.
Medicina.az xəbər verir ki, belə xəbərdaredici və ürəkaçan olmayan hesabatla ÜST və UNİCEF çıxış edib.
Statistikaya görə, 2018-ci ildə ümumilikdə 20 milyon uşaq vacib peyvəndlərdən kənarda qalıb. Bu, hər 10 uşaqdan 2-si deməkdir. Cəmi 86% uşaq qızılca, göy öskürək, polimielit kimi təhlükəli xəstəliklərdən peyvəndlənib. 2010-cu ildə bu rəqəmi 96% -ə çatdırmaq vacibdir. Bu qədər uşağın peyvənddən kənarda qalmasının günahkarı kimi münaqişələr, müharibələr, sosial bərabərsizlik, hökümət və səhiyyə cavabdeh orqanlarının məsuliyyətsizliyi göstərilib.
20 milyon peyvəndsiz uşağın yarısı Afrika və Şərq ölkələrinin payına düşür.
Amma inkişaf etmiş ölkələrdə də uşaqlar peyvənddən yayına bilib. Ona görə 2 ildir qıcılca infeksiya alovlanması yüksək həddə çatıb. 2018-ci ildə 350.000 qızılcaya yoluxma halı qeydə alınıb ki, bu da 2017-ci illə müqayisədə 2 dəfə çoxdur.
Bu statistikada lider ölkə Ukrayna olub. Eləcə də Konqo, Serbiya, Gürcüstan, Albaniya, Rumınıya qızılca epidemiyası üzrə siyahıda liderdir.
Ən inkişaf etmiş və zəngin ölkələrdə də uşaqların ilk qızılca peyvəndi dozası almadığı məlumdur. Bu siyahıda lider ABŞ, Fransa, İngiltərə, Kanada, İtaliya gəlir. Təkcə ABŞ-da 300 min uşaq peyvənd olunmayıb.