Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Nə yeyək ki, gözümüz süfrədə qalmasın və kökəlməyək.../ DİETOLOQ MƏSLƏHƏTİQadınların Yeni il kabusu

  • 2017.12.25 17:08
  • 27170 Baxış
 - Nə yeyək ki, gözümüz süfrədə qalmasın və kökəlməyək.../ DİETOLOQ MƏSLƏHƏTİ Qadınların Yeni il kabusu
Yeni ilə sayılı günlər qalıb. Əksər evlərdə 31 dekabr günü süfrə gözəl təamlı yeməklərlə bəzədilir. Hətta pəhriz saxlayanlar "bu gün bayramdır” deyərək qida rasionuna heç olmadığı qədər yemək əlavə edirlər. Diyetoloqlar isə həyəcan təbili çalırlar.


Medicina.az-ın əməkdaşı bu dəfə "bayramda nələri yemək olar” sualına cavab tapmağa çalışıb.


Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən diyetoloq Şəhriyyə Əhmədova bildirib ki, insanların ən çox etdiyi yanlış məhz bütün günü ac qalıb axşam bayram süfrəsini gözləməkdir:


"Adətən bu zaman səhər, günorta yeməyi normal qaydada yeyilməlidir. Bayram süfrəsinin menyusu tərtib olunan zaman sağlam qidalar seçilməlidir. Ət yeməkləri qızarılmış formalarda yox, daha çox sobada bişmiş formada olmalıdır. Bu halda axşam yeyilsə belə bunun ziyanı olmayacaq. Bu axşam adətən spirtli içkilər qəbul edilir. Şərabı qətiyyən ət yeməyi ilə birlikdə istifadə etmək doğru deyil. Bu daxili orqanların yüklənməsinə, gec həzm olunmasına gətirib çıxarır. Toyuq yeməklərinin də sobada hazırlanması daha məsləhətlidir. Bu zaman balıq da yeyilə bilər.


Salat seçimlərində diqqətli olmaq lazımdır. Salatlar hamının alışdığı üzrə mayonezlə deyil, bitki yağları ilə hazırlanmalıdır. Daha çox tərəvəz salatlarına üstünlük verilməlidir. Şirin içkilər, qazlı içkilərin əvəzinə kompotlardan istifadə tövsiyə edilir”.

 



Yemək saatından da danışan Ş. Əhmədova qidaların yatmazdan ən az 3 saat öncə yeyilməli olduğunu vurğulayıb.

"Əgər gün ərzində yedikdən sonra daha çox hərəkət olacaqsa yeməyin 9-da da yeyilməsində problem yoxdur”, - deyə diyetoloq  qeyd edib.


Şəhriyyə həkim məhz bu gündə pəhrizini pozanlara tövsiyələr verib: "Səhərisi gün pəhrizə davam etsələr daha yaxşı olar. Ancaq deyə bilərəm ki, adətən bu, belə olmur. Pəhriz saxlayanlar belə bayramdan sonra 3-4 gün ərzində qida menyularına fikir verməyərək çox yeyirlər. 2-3 gün ərzində tam pəhrizə keçilməsə də, ən azından yüngül qidalardan istifadə etsələr yaxşı olar. Məsələn, tərəvəz, kələm salatları yeyə bilərlər. Mədəni yükləmək olmaz. Maye çox qəbul edilməlidir, şirniyyatlardan uzaq durulmalıdır. 


Yalnız pəhriz saxlayanlar deyil, bütün vətəndaşlar məhz belə günlərdə südlü, yüngül şirniyyatlara üstünlük verməlidirlər. Ağır kremli tortlardan yan qaçsalar daha məsləhətli olar”.

 

Şəhanə Quliyeva

 

 - Nə yeyək ki, gözümüz süfrədə qalmasın və kökəlməyək.../ DİETOLOQ MƏSLƏHƏTİ Qadınların Yeni il kabusu
 - Nə yeyək ki, gözümüz süfrədə qalmasın və kökəlməyək.../ DİETOLOQ MƏSLƏHƏTİ Qadınların Yeni il kabusu
 - Nə yeyək ki, gözümüz süfrədə qalmasın və kökəlməyək.../ DİETOLOQ MƏSLƏHƏTİ Qadınların Yeni il kabusu
 - Nə yeyək ki, gözümüz süfrədə qalmasın və kökəlməyək.../ DİETOLOQ MƏSLƏHƏTİ Qadınların Yeni il kabusu