Həftədə bir saat idmanla məşğul olmaq depressiya ehtimalını əhəmiyyətli dərəcədə azaldır və insanları ruh düşkünlüyündən xilas edir.
Medicina.az trend-ə istinadən xəbər verir ki, bir qrup avstraliyalı alim bu qənaətə gəlib.
Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, heç idman hərəkətləri etməyən adamlar həftədə 1-2 saat idmanla məşğul olanlarla müqayisədə 44 faiz daha çox depressiyaya düşür.
Xroniki depressiya dünyada ən çox yayılan və ən qəliz psixi pozuntulardan biridir.