"2017-ci ildə Azərbaycanda əhali arasında ölümlərin ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub”.
Medicina.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında kardioloq cərrah, deputat Rəşad Mahmudov bildirib.
O qeyd edib ki, vəfat edənlərin 57.8 faizi ürək çatışmazlığından ölüb: "Bu sahədə dinləmələr keçirmək, tədbirlər görmək lazımdır”.