200-ə yaxın insan elektron siqaret çəkməsi nəticəsində xəstələnib. Sözgedən olay ABŞ-da qeydə alınıb.
Medicina.az-ın məlumatına görə, bu barədə "Axios" nəşriyyatı Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinə istinadən yazıb.
Məlumata əsasən, ümumilikdə mərkəzin mütəxəssisləri 28 iyul tarixindən etibarən ölkədə qeydə alınan 193 ağciyər və tənəffüs xəstəliklərini araşdırırlar. İlkin məlumatlara görə, xəstəliklər elektron siqaret istifadəsindən qaynaqlanır.
Bildirilir ki, veyp siqareti çəkən bir nəfər ölüb. O ağır tənəffüs xəstəliyi ilə xəstəxanaya yerləşdirilmişdi.
Onu da deyək ki, iyunun 28-dən avqustun 15-dək ABŞ-da gənc elektron siqaret istehlakçıları arasında 94 ağciyər xəstəlikləri halları qeydə alınıb.