İsveç alimləri Basel klinikasında məhz qəlyanla vərəmə yoluxma faktı qeydə alıblar.
Medicina.az xəbər verir ki, klinikaya 2- yaşlı gənc oğlan yüksək hərarət, qanlı bəlğəmlə daxil olub. Anamnez zamanı məlum olub ki, xəstə 3 aydır ki, bəlğəmli öskürəkdən əziyyət şəkir.
KT müayinə və bəlğəm analizi vərəm diaqnozunu təsdiq etdi.
Gəncin vərəmə ənənəvi və tibbə məlum yollarla yoluxma riski yox idi. Lakin o hər gün qəlyan çəkdiyini bildirində, həkimlər məhz qəlyanın vərəm çöplərini ötürdüyünü təsdiqləyiblər.
Belə ki, bir qəlyanın eyni müştüyündən vərənli xəstə istifadə edərsə orda vərəmi törədən Koxx çöpləri qalır və sonrakı müştəriyə keçir.
Vərəm çöpləri isti qəlyan borusunda özlərini çox yaxşı hiss edirlər.
Eləcə də qəlyan tüstüsü tənəffüs yollarının selikli qişasını zədələyir, onları zəiflədir, ölümcül təhlükəli bakteriyalar üçün rahat vəziyyətə gətirir.