Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Buna səbəb ümumtəhsil müəssisəsinin kollektivi və şagirdlər arasında COVID-19-a yoluxma faktlarının qeydə alınmasıdır.
Bildirilir ki, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVIID-19 infeksiyasına yoluxması təsdiq olunub.
Tədrisin iki həftəlik distant formada davam etdirilməsi ilə bağlı qərar qəbul olunub.