Dil və baş barmaqlarınızın köməyi ilə sinusitdən
xilas olun. Sinusit geniş yayılmış xəstəlik olub, adətən,
kəskin xroniki formaları var. Bu xəstəliklər həyat keyfiyyətini azaldır, gündəlik
aktivliyə, iş qabiliyyətinə ciddi mənfi təsir göstərir. Rinit kimi, sinusit də
bir çox ağırlaşmalar verir.
Medicina.az xəbər verir ki, asanlıqla nəfəs
almaq və sinusitdən qurtulmaq üçün bu
sadə addımları təkrarlaya bilərsiniz:
Dilinizi üst damağınıza doğru sıxın və baş
barmağınızı qaşlarınızın arasına qoyun. Alnınıza 20 saniyə təzyiq tətbiq edin.
Sinusların dərhal rahatlamağa başladığını hiss edəcəksiniz.
Araşdırmalara görə, alında sümüyə kiçik bir təzyiqin
sinusun boşalmasına səbəb olacağını bildirib. Bu hərəkətin elmi açıqlaması da
var. Barmaqla alına edilən təzyiq nəticəsində "vomer" adlı sümük irəli-geri
hərəkət edir. Nəticədə tıxanıqlıq açılır, sinusit hissəsi boşalır.
Əgər bu üsul işə yaramasa digər sadə üsullarla
sinusit ağrılarınızı dəf edə bilərsiniz:
-1 stəkan isti suya iki xörək qaşığı alma sirkəsi
və bir qaşıq bal əlavə edib və için.
-Gündə üç dəfə bir qaşığ alma sirkəsi için.
Bir neçə gün ərzində sinusitlərdən təmizləndiyini görəcəksiniz.
-Bundan əlavə, yarım stəkan alma sirkəsi və
yarım stəkan suyu qarışdırıb odda isidin.
Bundan sonra ağzınızın və gözlərinizin bağlanması şərtilə buxarı ilə burnunuzdan
nəfəs alıb-verə bilərsiniz.
Burunu duzlu su ilə yumaq
Bu çox da rahat bir üsul deyil, lakin bir çox insan
sinuslarını təmizləmək üçün duzlu su istifadə edir. Bir stəkan isti su və dörddə
bir çay qaşığı dəniz duzunu qarışdırın. Hər iki burun boşluğuna qarışımdan bir
damla tökün. Əvvəllər duzlu su tətbiq
etməmisinizsə, köməksiz tətbiq etməyin.
Kəklikotu yağı
Kəskin sinüzitin müalicəsində kömək edə bilər.
Çox güclü antibakterial, antifungal və antioksidan xüsusiyyətlərə malikdir.
Sinüzitin əsas səbəblərini aradan qaldırmaq və burun boşluqlarının iltihabını
rahatlaşdırmaq üçün təsirli ola bilər. Bunun üçün gündə iki dəfə dilinizin
altına 1-2 damcı kəklikotu yağı damcılada bilərsiniz.