Qucaqlaşma intim əlaqədən də çox insan sağlamlığına faydalıdır.
"Medicina" xəbər verir ki, ABŞ alimlərinin araşdırmalarına görə, qucaqlaşma orqanizmdə oksitosin hormonunu artırır.
Bu hormonun az olması səbəbindən kişilər üçün bir insana bağlanmaq, qadınlar üçün isə orqazm daha çətin olur.
Oksitosin orqanizmdə kortizol səviyyəsini azaldır.
Araşdırmada 30 gəncdən 20 saniyə qucaqlaşmaları istənilib, müəyyən edilib ki, oksitosinin səviyyəsi kəskin şəkildə artıb. Bu hormon dostların qucaqlaşmasından sonra da artıb, lakin sevgililərdəkinə çatmayıb.
Psixoloq Entoni Qrant bildirib ki, insanın bir-birinə toxunması həm fiziki, həm də psixi sağlamlığa faydalıdır.
Qucaqlaşmaq qan təzyiqini aşağı salır, immunitet sistemini gücləndirir, nəticədə infarktın qarşısı alınır.
Aygün Musayeva