Çində mobil telefon ekranına 20 saat baxan qadın beynində yaranan qan laxtaları səbəbi ilə ölüm təhlükəsi keçirib. 47 yaşlı qadın üç saatlıq əməliyyatdan sonra həkimlərin müdaxiləsi ilə həyata qaytarılıb.
Medicina.az moderator.az-a istinadən xəbər verir ki, qatarla səyahət edən və adı açıqlanmayan qadın təxminən 20 saat telefondan gözünü ayırmayıb.
Qadın qatardan enəndə çətinliklə danışıb və bədəninin bir yanını, əlini, qolunu və ayaqlarını hərəkət etdirə bilməyib. Həkimlər qadının dərhal əməliyyat olunmazsa öləcəyini söyləyiblər.
Həmçinin həkimlər mobil telefonu istifadə edərkən eyni mövqedə uzun müddət dayanmamağı xəbərdarlıq ediblər.