Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

20 oktyabr - Osteoporozla mübarizə günü - Sümük əriməsi nədir?

  • 2023.10.20 15:02
  • 2078 Baxış
20 oktyabr - Osteoporozla mübarizə günü   - Sümük əriməsi nədir?
Dünyada 1997-ci ildən oktyabrın 20-si Dünya Osteoporozla Mübarizə Günü kimi qeyd edilir.



"Medicina" xəbər verir ki, osteoporoz, el dilində sümük əriməsi müxtəlif səbəblərdən sümüklərin deformasiyası və sınığı ilə nəticələnən metabolik xəstəlikdir.

Osteoporoz sözünü ilk dəfə XIX əsrdə fransız cərrahı Yakob Lobştey gətirib.


Əslində, 50 yaşdan sonra görülsə də, indi dünyada daha da gəncləşib və uşaqların kalsium defisitində olması sümükləri vaxtından əvvəl boşaldır.
Osteoporoz o vaxt diaqnoz olunur ki, bütün sümük kütləsinin 4-də biri əriyib.

Şəkərli diabet xəstələri, erkən klimaks keçirən qadınlar, günəş işığından məhrum qalanlar, siqaret və spirtli içkilərdən çox istifadə edənlər, hərəkətsiz qalanlarda bu xəstəlik daha çox müşahidə olunur.



Onurğa hissəsində ağrılar, diş əti problemləri, dişlərin itirilməsi, bel ağrıları, çiyin hissələrində yumrulaşma isə xəstəliyin göstəriciləridir. Erkən diaqnoz qoyularsa xəstəliyi müalicə etmək mümkündür.


Mütəxəssislər belə xəstələrin günəş şüalarını çox qəbul etməsini məsləhət görürlər. Maqnezium və C vitamininin qəbulu da xəstəliklə mübarizəyə müsbət təsir göstərə bilər. Əgər toxumada problem yaranıbsa bu vəziyyəti düzəltmək yetəri qədər çətindir.


Xəstəliyin iki fərqli müalicə üsulu var. Bunlardan ilki ostrojen müalicəsidir. Əgər xəstəlik çox irəliləməyibsə bu zaman xəstəliyi dayandırmaq üçün qabaqlayıcı tədbirlər alınır.


İkinci müalicə üsulu isə xəstələrin fiziki terapiya ilə müalicə etməkdir.


Qeyd edək ki, limon, yulaf, balıq, badam, qatıq, yaşıl çay kimi qidaların qəbulu tövsiyə edilir.


Aygün Musayeva