“20 min ölümlə qurtarsaq, bu, yaxşı nəticədir".
Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş elmi məsləhətçisi Patrik Vallans çıxışı zamanı bildirib.
Hazırda ölkə ərazisində 35 mindən 55 minə qədər insanın bu virusa yoluxma təhlükəsinin olduğunu deyən Vallans koronavirus nəticəsində 20 min və ya daha az insanın ölməsinin “ən yaxşı nəticə” olacağını qeyd edib.
Bundan əlavə, elmi məsləhətçi qrip səbəbindən ölkədə hər il 8000 insanın öldüyünü də vurğulayıb.