Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

20 min insan karantinə alındı - Qızılca epidemiyası riski

  • 2023.03.09 10:33
  • 1942 Baxış
20 min insan karantinə alındı -  Qızılca epidemiyası riski
ABŞ-da dini bir tədbirə qatılan 20 min insanın qızılca epidemiyası riskinə məruz qala biləcəyi açıqlanıb.


Medicina.az xəbər verir ki, bu haqda ABŞ Xəstəliklərə Nəzarət və Müdafiə Mərkəzi məlumat verib.

Məlumatda tədbir iştirakçılarının 21 gün karantində qalmalı olduqları qeyd olunub:

“Əgər 17-18 fevral tarixlərində Asburi universitetinin tədbirində iştirak etmisinizsə və qızılcaya qarşı peyvəndiniz yoxdursa, başqalarını yoluxdurmamaq üçün 21 gün karantində qalmalı, simptomlarınızı izləməlisiniz”.
Açıqlamada həmçinin, peyvənd olunmamış insanların qızılca, parotit və məxmərək əleyhinə peyvənd olunması tövsiyə olunub. Səlahiyyətlilər xəbərdarlıq edir ki, qızılca virusu tənəffüs yolu ilə son dərəcə yoluxucudur. Bununla bağlı peyvəndlərin hazırlanmasına baxmayaraq, bu epidemiya bütün dünyada, xüsusən uşaq ölümlərinin əsas səbəbidir.

Qeyd edək ki, keçən ay Kentukki ştatının Vilmor şəhərində Asburi universitetində xristian qrupu tərəfindən tədbir təşkil edilib. Sonradan iştirakçılardan birinə qızılca diaqnozu qoyulub.