Üzündəki nəhəng şiş törəmə səbəbindən 20 ildir gülə bilməyən gənc qadın əməliyyat olundu.
27 yaşlı İsatu 10 yaşından çənədə ameloblastomadan əziyyət çəkirdi.
Medicina.az xəbər verir ki, şiş o dərəcədə böyüyürdü ki, üzünün bir tərəfini zəbt etmiş, qız hətta gülümsəyə də bilmirdi. Xəstənin dili geri qatlanmış, qız hər gecə boğulub öləcəyindən qorxurdu.
Hər şeydən bezən İsitu qucağında övladı yaşadığı kənddən paytaxta gəlir və xeyriyyə cəmiyyətinin dəstəyi ilə əməliyyat oluna bilir.
3 dəfə əməliyyat edilən qadına öz çanaq sümündən çənəyə implant edilib.
Nəhəmg şiş isə çənə sümüyü ilə birgə kəsilib götürülüb. 3-cü dəfə isə kosmetik qüsurları düzələn gənc qadın indi rahat danışa, gəzə və gülə bilir.