Dünya həkimləri müasir gənclər arasında qaraciyərin qeyri-alkoqol səbəbli piylənməsi səbəbindən bu orqanın xəstəliklərinin kəskin və sürətli artması ilə bağlı həyəcan siqnalı verir.
Medicina.az xəbər verir ki, içki içməyən insanlarda belə inkişaf edən qaraciyərin piylənməsi, bu orqanda həddən çox lipidlərin toplanması-steatoz səbəbindən baş verir.
Statistikaya görə, dünya əhalisinin 20%-i qeyri-alkoqol piylənmədən əziyyət çəkir. Bu xəstəlik ildən-ilə artmasl ilə cəmiyyətin sağlamlığı və iqtisadiyyat üçün ciddi fəsadlara gətirib çıxaracaq.
Əvvəllər bu problem 40 yaşından yuxarı insanların xəstəliyi hesab olunsa da, elmi araşdırmalar göstərir ki, indi hətta 23-25 yaşlı gənclər də qaraciyər piylənməsindən əziyyət çəkir.
Qaraciyərin belə piylənməsi diabet, qaraciyər xərçəngi, infakrt üçün zəmin yaradır.
Bristol Universitetinin alimləri 4000 gənc insanı müayinə edərək, layihənin adını " 90-cı illərin uşaqları” qoyublar. Çünki hədəf 1990-1992- ci illər nəslinin qaraciyər göstəricilərini analiz etmək idi.
Bu insanların hamısı 18 yaşında Usm müayinə olunub və onların cəmi 2,5 %-də qeyri-alkoqol piylənmə aşkarlanmışdı. 5 il sonra həmin 4000 nəfər yenidən Usm olunur, bu dəfə artıq 20%-də qaraciyərin steatozu aşkarlanıb. Xəstələrin yarısının vəziyyəti artıq ağıra doğru gedirdi.
2,4 %-də isə qaraciyərin sirrozuna doğru vəziyyət tapılıb.
Doktor Kuşala Abeyseker bildirib ki, biz 24 -25 yaşlılar arasında hər 5 nəfərdən birinin steatozdan əziyyət çəkməsindən narahatıq.
Müayinə etdiyimiz indiki gənclər 20 il sonra 50-60 yaşına çatanda qaraciyər xəstəlikləri epidemiya halını alacaq.
20-30 il sonra normal qaraciyəri olan insanların sayı çox az olacaq.
Qaraciyərin müalicəsi, əməliyyatı isə tibb və iqtisadiyyat üçün çox bahalıdır və bu böyük böhran yarada bilər.
Qaraciyərin piylənməsinin 2 səbəbi var: alkoqol və piylənmə. Piylənmə isə qidalanmadan qaynaqlanır. Gənclər düzgün qidalanıb, sağlam pəhriz saxlamaqla qaraciyərini xilas etməlidir.