29 yaşlı Codi Şou 20 ildir ancaq kartof yeməklə keçinib.
“Medicina” xəbər verir ki, qızda nadir psixi pozuntu-yemək qarşısında qorxu var idi.
O, hələ uşaq vaxtından müxtəlif qidalara keçmək və dadmaqdan qorxub, demək olar, bütün yeməklərdən imtina edib.
O, kartof və pecenyeni sadəcə yaşamaq üçün yeyir və bundan həzz almır. Digər qidaların isə dadını bilmir.
Şou hazırda tibb bacısı işləyir. Qidalanması səbəbindən bədəni vitaminsiz və mineralsızdır, xroniki anemiya, yorğunluq və dəri problemləri var. O, davamlı əlavə vitaminlər qəbul edir, serumlar olunur.
2 ildir o, psixoterapevtlə işləyir, hələ ki, cəmi 2-3 qaşıq yulaf sıyığı yeyib. Yeməkdən həzz almaq və doyunca yemək ona yaddır.
Mən bu diaqnozu olub, ayaqda duran nadir xəstələrdənəm, işləyirəm, elə xəstələr var, zondla qidalanır – deyə o bildirib.
Seçici qidalanma pozuntusu uşaqlıqdan və sonradan ola bilər. Dəqiq səbəbi bilinmir, autizm, təşviş pozuntusu, nevroz, obsessiv xəstələrdə olur.
Uşaq vaxtı psixi emosional travma səbəbindən şəxsiyyət pozuntusu olur və bəzi qidalardan qorxu yaranır.
Aygün Musayeva