Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

20 gün əvvəl qəza törədən 16 yaşlı oğlan vəfat etdi

  • 2022.10.08 16:31
  • 2659 Baxış
20 gün əvvəl qəza törədən 16 yaşlı oğlan vəfat etdi


Cəlilabadda 20 gün əvvəl avtomobili aşıraraq qəzaya düşən yeniyetmə xəstəxanada ölüb.


"Medicina" xəbər verir ki, sentyabrın 17-də rayonun Sərhədabad kəndində 2006-cı il təvəllüdlü Amin Sərhədov “Lada Priora” markalı minik avtomobilini aşırıb.

Ağır xəsarət alan yeniyetmə Bakıdakı xəstəxanalardan birinə aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.