Son sutkada Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) 13 əməkdaşına koronavirus diaqnozu qoyulub.
Medicina.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Həmin şəxslər qurumun müxtəlif struktur bölmələrində çalışırlar.
Yoluxma hallarının 10-u Acarıstanda qeydə alınıb.
Hüquq mühafizə orqanlarının əməkdaşları müvafiq müalicə alırlar. Vəziyyətləri sabit kimi qiymətləndirilir.
Qeyd edək ki, son günlərdə qonşu ölkədə 11 polis əməkdaşının COVID-19-a yoluxduğu müəyyən edilib.