Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli tələbələrin sonrakı fəaliyyəti ilə bağlı mühüm açıqlamalar verib.
Medicina.az xəbər verir ki, rektor universitetdə daha lazımlı ixtisasların yaradılmalı olduğunu deyib. Buna səbəb kimi isə tibb üzrə oxuyan tələbələrin yiyələndiyi ixtisasın məzun olduqdan sonra cəmiyyətə lazımsız olduğunu göstərib: "Bir çox fakültələrdən məzun olan insanların sonrakı fəaliyyəti ilə bağlı analiz göstərir ki, 20-30 il ərzində oxuduqları ixtisaslar üzrə aldıqları təhsil bu gün və ya sabah lazımsız olur. Onlar üçün həm iş yerləri tapmaq çətin olur, həm də əlavə sosial problemlər yaradır. Ona görə də ATU-da vacib və strateji istiqamətlərdən biri yeni, həm də bu gün və sabah üçün lazımlı olacaq ixtisasların yaradılmasıdır”.
G. Gəraybəyli əlavə edib ki, ATU-da dünya üzrə tələb olunan ixtisaslar açılacaq: "2019-cu ildə Tibb Universitetində nəzərdə tutduğumuz ixtisaslardan 3-ü açılacaq”.
Rektor qeyd edib ki, qarşılarında duran daha bir məsələ tələbələrin təcrübəsidir: "Aparılan islahatların vacib bir hissəsi tələbələrin biliklərini bacarıqlara yönəltməkdir. Çünki çox vaxt tələbələrin nəzəri bilikləri təcrübi biliklərinə nisbətdə kifayət qədər yüksək olur. Tələbələrin təcrübi bilikləri hələ də arzu olunan səviyyədə deyil".
Medicina.az