Son zamanlar sanki dünyada "onkoloji epidemiya" yaşanır. Alimlər statistikanın artacağını deyir. Hər onkoloji xəstəliyin sonu ölüm deyil və hər xəstənin də öz hekayəsi var.
“Medicina” xəbər verir ki, uzman cərrah İlqar İsmayılov statistikanın artmasının səbəbini belə izah etdi:
“Mən deyərdim ki, statistika və ya onkoloji xəstəliklər həddən artıq artmayıb. Əvvələr də bu xəstəliklər var idi. 20-30 il əvvəl xəstələr xəstəlikdən vəfat edirdi, sadəcə diaqnozu dəqiqləşmirdi. Günümüzdə onkoloji xəstəliklərin diaqnostikası artıb. Xəstələr tez müayinə, xəstəlik erkən mərhələdə aşkar olunur. Rayonlarda belə USM, radioloji müayinələr əlçatandır. Bizim toplumda xəstəliklərin aşkarlanması artıb, bu da müsbət bir əlamətdir”.
Ətraflı BTV-də HəkimPostunda izləyin
Aygün Musayeva