Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

2 yaşlı uşağın əli ət maşınında qaldı

  • 2019.12.12 09:35
  • 2536 Baxış
2 yaşlı uşağın əli ət maşınında qaldı
Xaçmazda iki yaşlı uşağın əli ətçəkən maşında qalıb.

Medicina.az oxu.az-a istinadən xəbər verir ki, 2017-ci il təvəllüdlü Pərdiyev Toğrul Ramil oğlunun əli ətçəkən maşında sıxılı vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar. Hazırda onun vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.