Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

2 yaşlı uşağın ağciyərindən qoz çıxarıldı

  • 2025.04.22 17:45
  • 71 Baxış
2 yaşlı uşağın ağciyərindən qoz çıxarıldı


Rusiyanın Ryazan şəhərində həkimlər altı ay ciyərində qoz olan balaca uşağı xilas ediblər.


Bakupost.az "Qazeta"ya istinadla xəbər verir ki, bu barədə regional Səhiyyə Nazirliyi məlumat yayıb.


Altı aydır davamlı öskürəkdən əziyyət çəkən iki yaşlı uşaq N.V.Dmitriyeva adına Regional Uşaq Klinik Xəstəxanasının pulmonologiya şöbəsinə aparılıb.

Oğlanın anası ümidsizliyə qapılıb. Çünki nə dərmanlar, nə də inqalyasiyalar oğluna kömək etmirdi.


Həkimlər uşağa kompyuter tomoqrafiyası keçirib və təcili cərrahi müdaxiləyə qərar veriblər. Əməliyyatı cərrahlar, anestezioloqlar və pulmonoloqlardan ibarət mütəxəssis qrupu həyata keçirib. Nəticədə oğlanın ağciyərindən yad cisim çıxarılıb və onun qoz olduğu üzə çıxıb.

Prosedurdan sonra xəstənin vəziyyəti stabilləşib. Oğlan hazırda mütəxəssislərin nəzarətindədir və sağalmaqda davam edir.